Translate

28 Kasım 2019 Perşembe

Ehtimal Hesabı və Milli Məclis Seçkiləri

Bir neçə saat öncə, Yeni Azərbaycan Partiyasının millətvəkilləri tərəfindən Milli Məclisin buraxılması barədə prezidentə müraciəti yayıldı. Bununla da, ölkənin əsas gündəm mövzusu növbədənkənar Milli Məclis seçkiləri oldu.

Uzun zamandır ölkənin müxalif düşərgəsi və ölkə ictimaiyyətinin tez-tez səsləndirdiyi fikirlərdən biri  müxalif qüvvələrin vahid platforma ətrafında birləşməsidir. Ölkəmizdəki müxalifət partiyalarının hamısı olmasa da, əsas müxalifət partiyalarının müxtəlif bloklar altında seçkidə iştirakını görmüşük. Təssüf ki, bu seçkilərdə də rəsmi olaraq ciddi bir nəticə əldə olunmayıb. 

Bu yazıda kiçik bir ehtiham hesabı ilə, növbəti Milli Məclis seçkilərində müxalifətin şanslarını hesablayacam. Bunun üçün ehtimal nəzəriyyəsinin əsas mövzularından biri olan kombinasiya hesablarından istifadə edəcəm. 

Nə qədər real görünməsə də, növbəti Milli Məclis seçkilərində müxalifət partiyalarının vahid bir blok halında seçkiyə qatıldığını fərz edək. Bu halda seçkidə 3 tərəf olacaq: YAP, Müxalifətin VAHİD BLOKU və bitərəf namizədlər. Milli Məclisimizdə 125 millət vəkili olduğunu nəzərə alsaq hər dairə üzrə hər tərəfdən sadəcə bir namizədin olacağı təqdirdə, ölkə üzrə millət vəkilliyinə cəmi 375 nəfər namizəd olcaqdır. 

Müxalifətin parlametdə gücünün olması üçün fraksiya yaradacaq qədər millət vəkilinə sahib olması çox vacibdir. Mövcud qanunvericiliyə görə, Milli Məclisdə fraksiya yaratmaq üçün ən az 25 millət vəkili olmalıdır. 

Milli Məclisə 125 dairə arasında fərq qoymadan, müxalifətin VAHİD BLOKUNDAN 25 nəfərin seçilməsi ehtimalı %20 faizdir. 


Bu ehtimal o zaman doğru olar ki, dairə fərqi nəzərə alınmayacaq. Ancaq 375 nəfər arasından seçiləcək 125 nəfərin dairəsi əhəmiyyət kəsb edəcəksə və 125 nəfərin arasından seçiləbiləcək 25 nəfər müxalifət nümayəndəsinin də hansı dairədən seçilməsi önəm kəsb edəcəksə, 25 nəfər müxalifət nümayəndəsinin millət vəkli seçilməsi ehtimalı sıfıra bərabərdir. 



Hiç yorum yok :

Yorum Gönder