Translate

5 Eylül 2017 Salı

Proqnozşaldırma modelləri və vəzifə təyinatı

Ekonometrik modelləşdirmənin əsas məqsədlərindən biri, dəyişənlərin gələcək dəyərlərinin proqnozlaşdırılmasıdır. Əgər dəyişənlərə uyğun proqnoz dəyərləri özünü doğruldarsa, müvafiq dəyişənlərlə bağlı iqtisadi siyasət daha düzgün qurular. Aydındır ki, doğru qurulan iqtisadi siyasət, ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərəcəkdir.

Ekonometrikada hədəf seçilmiş dəyişənin(asılı dəyişənin) proqnozlaşdırılması üçün əsasən iki tip yanaşma istifadə edilir.

1             1. Çoxdəyişənli reqresiya analizinə əsaslanan proqnozlaşdırma
2             2. Avtoreqressiv modellərə əsaslanan proqnozlaşdırma

Birinci yanaşmada, asılı dəyişən üzərində təsiri olduğu düşünülən dəyişənlər modelə daxil edilir və modeldən əldə edilən xətalar Qauss-Markov şərtlərini ödəyirsə, bu modellə asılı dəyişənin gələcək dövrlərdə alacağı qiymətlər proqnozlaşdırılır.

İkinci yanaşmada isə, asılı dəyişənin  öz keçmiş  dəyərlərindən ibarət olan dəyişənlər üzərində reqressiya analizi edilir. Birinci yanaşmada olduğu kimi, bu yanaşmada da, reqressiya modelindən əldə edilən xətalar Qauss-Markov şərtlərini ödəyərsə bu modellə asılı dəyişənin gələcək dəyərləri ilə bağlı proqnoz dəyərləri hesablanır.

Emprik ekonometrik tədqiqatlar göstərir ki, hər hansı bir dəyişənin gələcək dəyərlərinin proqnozlaşdırılmasında Box və Jenkins tərəfindən tərtib edilən Avtoreqressiv Hərəkətli Orta və ya ARMA modelləri, çoxdəyişənli reqressiya analizi ilə hesablanan proqnoz dəyərlərindən daha uğurlu nəticələr verir.

Hər iki yanaşma ilə bağlı proqnozlaşdırmanın nəzəri tərəfləri bir çox ekonometrika kitablarında mövcud olduğundan, burada hər iki yanaşmanın mahiyyətini gündəlik həyatımızdan götürülən bir nümunə əsasında izah etməyə çalışacam.

Uğursuz vəzifə təyinatları

Demək olar ki, müxtəlif zaman kəsiyində ölkəmizdə və ya başqa bir ölkədə hər hansı bir vəzifəyə yerli və ya mərkəzi icraedici orqanlar tərəfindən uğursuz vəzifə təyinatlarının şahidi oluruq. Vəzifəyə təyin edilən şəxs, vəzifəyə təyin edən şəxsin etimadını doğrultduğu kimi, bir sıra hallarda ona göstərilən etimadı puç edir. Ekonometrik nöqteyi nəzərdən yanaşsaq burada təyin edilən şəxsin yox, təyin edən şəxsin günahı daha çoxdur.

Vəzifə təyinatlarında proqnozlaşdırma yanaşmalarının tətbiqi

Qərarverici şəxs tərəfindən hər hansı bir vəzifəyə Y şəxsinin təyin olunduğunu fərz edək. Eyni zamanda fərz edək ki, qərarverici şəxs vəzifə təyinatını yuxarıda göstərilən yanaşmalara əsasən verəcəkdir. Hansı yanaşmaya uyğun qəbul edilən qərar, vəzifə təyinatı üçün daha uğurlu olacaqdır? Real emrprik ekonometrik modellərdə olduğu kimi vəzifə təyinatlarında da, birinci yanaşmaya əsasən verilən qərar uğursuz olacaqdır. Hər iki qərarvermə mərhələsini izah etmək üçün iki ekonometrik model təyin edək.

           Yt= β1 2X2t3X3t+…+ βnXnt+ut             (1)
           Yt= α0 1Yt-12Yt-2+…+ αpYt-p+vt          (2)

(1) modelində Y dəyişəninin (vəzifəyə təyin ediləcək şəxsin) cari dəyərini digər dəyişənlər müəyyənləşdirir. Kobud bir şəkildə ifadə etsək, (1) modelində Y şəxsinin vəzifəyə təyinatı üzərində X dəyişənləri ilə ifadə edilən “dayı” və ya “dayıların” təsiri vardır. Yəni vəzifəyə təyin edən şəxs, vəzifəyə təyin olunan şəxsdən daha çox onun dayıları haqqında məlumata sahibdir. Aydındır ki, (1) modelinə əsasən verilən təyinat zamanı, gələcəkdə X dəyişənlərinin (dayılarının) biri və ya bir neçəsində baş verəcək şok birbaşa və ya dolayı yolla Y şəxsinin vəzifəsini doğru bir şəkildə icra etməyə imkan verməyəcəkdir. Yani vəzifəyə təyinat zamanı, qərar verən şəxsin gələcək gözləntiləri (həmin şəxslə bağlı proqnozları)özünü doğrultmayacaqdır.

(2) modelinə əsasən verilən qərar zamanı, qərarverici şəxs hər hansı xarici dəyişənin təsirində qalmadan, Y şəxsinin sadəcə keçmiş fəaliyyətlərini nəzərə alaraq təyinat verə bilər. Ekonometrik proqnozlaşdırmada olduğu kimi, vəzifə təyinatında da bu cür yanaşma daha uğurlu nəticə verir. Bir şəxsin keçmişi bu gününü doğru dəyərləndirməyə imkan verirsə, bu günü də həmin şəxsin gələcəkdə atacaq addımlarının proqnozlaşdırılmasına kömək edəcəkdir. Bu zaman belə bir sual meydana çıxır. Vəzifəyə təyin ediləcək şəxsin neçə illik keçmişini araşdırmaq lazımdır ki, bugünü haqqında daha çox məlumata sahib olaq? Bu sualın cavabı da, dəyişənlərin stasionarlıq xassəsində gizlidi. Əgər bir dəyişənin orta qiyməti və varyansı zaman içində dəyişmirsə, avtoreqressiv modellərdə dəyişənin uzun müddətli keçmişini(10-15 illik və ya daha çox) modelə daxil etməyə gərək yoxdur. Çünki, avroreqressiv modellərdə stasionar dəyişənlərin istifadəsi zamanı adətən asılı dəyişənin yaxın keçmiş dəyərləri, asılı dəyişənin cari dəyərlərini böyük dəqiqliklə qiymətləndirməyə imkan verir. Stasionarlığın insan həyatındakı qarşılığı isə, əqidəli, prinsipial, öz dəyərlərini daim mühafizə edən insanlardır. Vəzifəyə təyin ediləcək şəxs, əqidəsi, prinsipiallığı, dəyərlərini mühafizə etməklə seçilən bir insandırsa, vəzifə təyinatı zamanı bu inasnın 2-3 illik keçmişini araşdırmaq kifayət edir. Ekonometrik modelləşdirmə zamanı  asılı dəyişənin çoxsaylı keçmiş dəyərindən ibarət olan dəyişənlərin modelə daxil edilməsi sərbəstlik dərəcəsi və vaxt itkisinə səbəb olduğu kimi, vəzifə təyinatı zamanı da, vəzifəni haqq edən şəxsin keçmişinin araşdırılması vaxt itkisi ilə bərabər dövlət və ya özəl qrumlarda müxtəlif problemlərin ortaya çıxmasına səbəb ola bilər.