Translate

4 Nisan 2019 Perşembe

Survival Analysis(Sağqalım Analizi) və Tətbiq Sahələri

Survival Analysis: Bu analiz çarpaz kəsik (cross section) verilənlərinə əsaslanan metodlardan biridir. Analiz çarpaz  kəsik verilənlərinə əsaslandığı üçün, analizdə istifadə edilən paylanmalar əsasən Üstlü(exponential), Veybul(Weibull), LogNormal, Loglogistic(LogLojistik) ehtimal paylanmalarıdır( probability distribution). 
Bu analizin çox geniş tətbiq sahələri var. Tibb, iqtisadiyyat, kriminologiya, sosiologiya, psixologiya bu sahələrdən bəziləridir.
Əvvəlcə analizin mahiyyəti haqqında: Bu analizdə əsas hər hansı bir hadisənin təkrar meydana gəlmə ehtimalını hesablamaq və bu ehtimal üzərində təsiri olan faktorları ortaya çıxarmaqdan ibarətdir.
Tibb sahəsindən nümunə: Bir nəfərin kəskin baş ağrısı ilə xəstəxanaya müraciət ediyini düşünün. Lazimi müayinə və müalicədən sonra xəstədə baş ağrılarının keçdiyini fərz edək. Xəstə bir neçə ay və ya il baş ağrılarından şikayət etmir. Ancaq bir neçə ay və ya ildən sonra təkrar eyni şikayyətlərlə xəstəxanaya müraciət edir. Bu halda Survival anaylsis-in tətbiq edilmə məqsədi, xəstənin tam sağaldığı andan etibarən təkrar eyni şikayyətlə xəstəxanaya müraciət etdiyi ana kimi olan müddət ərzində,  kəskin baş ağrılarına səbəb ola biləcək faktorlar müəyyən edilərək, kəskin baş ağrıları üzərində necə bir təsir göstərdiyi ehtimalları hesablanır.
Tibbdən başqa bir nümunə: Xərçəng xəstəlikləri dövümüzün ən ciddi xəstəliyi sayılır. Bu xəstəlik digər xəstəliklər kimi vaxtında müəyyən edildiyində, lazimi müalicələrlə tamamilə aradan qaldırılır. Xəstəliyin müalicəsi zamanı istifadə edilən dərman və üsulların əks təsirləri səbəbi ilə xəstədə başqa bir xəstəliklərin meydana çıxması ehtimalları çox böyükdür. Beləliklə xərcəng xəstəliklərinin müalicəsi ilə məşğul olan həkimlərin cavab axtardığı suallardan biri də budur ki, xəstəni tam müalicə etdikdən və ya müalicəsi mümkün olmayan hallarda xəstənin yaşama ehtimalı nə qədərdir? Cavabı axtarılan suallardan bir digəri isə xəstənin maksimum nə qədər yaşaya biləcəyi ilə bağlıdır.

İqtisadiyyatla bağlı nümunə: İstər inkişaf etmiş istərsə də inkişaf etməkdə olan ölkələrin ən böyük iqtisadi problemlərindən biri işsizlikdir. Bir çox inkişaf etmiş ölkələrdə olan Məşğulluq İdarələrində Survival analysis geniş şəkildə istifadə edilir. Burada istifadə şəkili bundan ibarətdir ki, işsiz olduğu ilə bağlı məşğulluq idarələrinə müraciət edən vətəndaşlara iş tapılsa belə, bu vətəndaşlara əvvəlcədən gələcəkdə neçə faiz ehtimalla işsizliklə qarşılaşabiləcəyi ilə bağlı məlumat verməklə yanaşı, göndərildiyi işdə daimi çalışmasını təmin etmək üçün vətandaşlara işləri ilə bağlı daha nələri öyrənmələri olduğu haqqında məlumat verilir. Beləliklə işsiz olan vətandaşlar işlə təmin edilməklə bərabər, müəyyən bir müddət sonra təkrar işsiz qalmasın deyə hansı əksikliklərini tamamlaması barədə də qabaqcadan məlumat verilir.

İqtisadiyyatdan başqa bir nümunə: Survival Anaylsis ilə edilən tədqiqatlara ehtiyacı olan başqa bir təşkilat isə, Həmkarlar İttifaqıdır. Həmkarlar İttifaqlarını ən çox narahat edən məsələlərdən biri, işçilərin tətil elan etməsidir. Hİ nümayəndələri işçilər arasında keçirdikləri müxtəlif sorğu nəticələrinə əsasən, Survival Anaysis vasitəsi ilə işçilərin tətil etmə ehtimallarını hesablayırlar. Əgər tətil etmə ehtimalları 40%-dən çox olarsa, bu ehtimalın ortaya çıxmasında rol oynayan əhəmiyyətli dəyişənlər üzərində qabaqlayıcı tədbirlər almağa başlayırlar. Beləliklə, vaxtında görülən qabaqlayıcı tədbirlər sayəsində ölkə iqtisadiyyatına dəyə biləcək zərərlərin qarşısı alınmış olur.

Sosiolaogiyadan nümunə: Ailə hər bir cəmiyyətin və cəmiyyət dəyərlərinin formalaşmasında rol oynayan ən vacib qurumlardan biridir. Müxtəlif səbəblərə görə baş vermiş boşanmalar nəticəsində hər iki tərəfin xüsusən də ailədə olan uşaqların psixologiyasında baş verən neqatif dəyişikliklər başda ailə fərdləri olmaqla zamanla cəmiyyət üzərində də ciddi təsilərə malik olur. Ailə Planlama mərkəzlərində, boşanmış cütlüklərə aid toplanan məlumatlar əsasında tərəflərin başqa bir şəxslə evlənmə ehtimalları hesablanır. Yenidən evlənmə ehtimallarının çox az olduğu təxmin edildiyi zaman, öncəliklə tərəflərin boşanmalarına səbəb olan ən ciddi faktorlarla bağlı qabaqlayıcı tədbirlərin görülməsinə aid social siyasət həyata keçirilir. Əgər gənc ailələrin boşanmasında ən ciddi səbəb olaraq maddi probləmlər və ya ev problemləri dayanırsa, gənc ailələrə maddi yardım və ya ev almalarını təmin edəcək çox aşağı faizli kreditlər və ya faizsiz kreditlər təklif edən siyasi programlar hazırlanır.
Pentensiar Xidmətlə bağlı nümunə: Bu analizin başqa maraqlı tətbiq sahəsi isə, həbs olunan bir şəxsin həbsdən azad olduqdan sonra yenidən həbsə qayıtma ehtimalını hesablamaqdır. Belə bir emprik çalışma dünyaca məşhur Damodar Gujaratinin "Econometrics by examples" kitabının 18-ci bölməsində var(Daha ətraflı oxumaq istəyənlər üçün kitablın linkini paylaşacam.). Tədqiqat 1977-ci ilin iyul -1978-ci ilin iyun ayı arasında həbsxanadan azad edilmiş 1445 məhkumlardan təkrar həbsə düşənlər haqqındadır. Tədqiqata daxil edilən 1445 məhkumdan 552 nəfəri təkrar cinayət işləməsə də,  893 nəfəri təkrar cinayət işləyərək məhkum olmuşdur.Tədqiqatın əsas məqsədi təkrar məhkum edilən şəxslərin yenidən həbsxanaya qayıtdıqları zamana qədər olan müddətdə hansı faktorların əhəmiyyətli olduğunu araşdırmaqdan ibarətdir.


Beləliklə, tədqiqata daxil edilən əsas faktorlar kimi: irq, içki, narkotika istifadəçisi, mədəni hal, əvvəlki məhkumiyyət sayı, təhsil səviyyəsi, həbsxanada olduğu müddətdə yol verdiyi qayda pozuntuların sayı, yaş, yenidən həbsə qayıtmağa qədər keçən zaman nəzərə alınmışdır.
Tədqiqat nəticələrinə görə, qaradarili insanların qaradərili olmayanlara görə yenidən həbsə düşmə ehtimalı 63%, spirtli içki qəbul edənlərin spirtli içki içməyənlərə görə həbs olunma ehtimalı 59%, narkotik maddə qəbul edənlərin narkotik maddə qəbul etməyənlərə görə yenidən həbs olunma ehtimalı 37%, əvvəlki məhkumiyyətlərinin sayı yenidən həbs olunma ehtimalını 9% artırır. Əldə edilmiş nəticələrə görə, həbs olunma ehtimalı ilə yaş arasında hər hansı əlaqə yoxdur. Tədqiqatın digər maraqlı bir nəticəsi odur ki, ağır cinayyət işləyənlərin həbsdən sonra yenidən həbsə qayıtma ehtimalı, ağır cinayyət işləməyənlərə görə 45% daha azdır.
Tədqiqat nəticəsində əldə olunan məlumatlar əsasında, irqçilik, spirtli içki və narkomaniyanın geniş yayılmasının qarşısını alabiləcək mübarizə proqramları  hazırlanır.