Translate

2 Şubat 2015 Pazartesi

İzahlı Ekonometrik Terminlər Lüğəti

Lüğət Ekonometriyanın bütün sahələri üçün nəzərdə tutulub və daim yenilənəcəkdir.

A

Termin
İzahat
İngilis dilindəki qarşılığı
Açıqlanan Kvadratlar Cəmi
Yinin təxmin edilən dəyəri Yöz ortalamasından yayınmalarının kvadratları cəmi.
Explained Sum of Squares- ESS
Açıqlayıcı Dəyişən
Reqresiya modelindəki açıqlayıcı dəyişən, sərbəst dəyişən

Explanatory Variable, Regressor
ADL(P,Q)
Avtoreqresiv  dağıdılmış(paylanmış) gecikmə. p asılı dəyişənin gecikmələrini, q isə sərbəst dəyişənlərin gecikmələrini göstərir.

Autoregressiv Distributed Lag
Ağırlıqlı(Çəkili) Ən Kiçik Kvadratlar  
Reqresiya xətəsının dəyişən varyans göstərməsi və dəyişən varyansın şəklinin bilinməsi və ya təxmin ediləbilməsi şərti altında ƏKK üsuluna alternatif olaraq istifadə edilən metoddur.

Weighted Least Square
Akaike Məlumat Meyarı

Qurulan bir neçə reqresiya modeli arasından ən yaxşı modeli seçməyə kömək edən meyardır.
Akaike Information Criteria
Alternatif Hipotez

Sıfır hipotezinin doğru olmadığı zaman, doğru qəbul edilən hipotez. Alternatif Hipotez H1 ilə göstərilir.

Alternative Hypothesis

Ana Kütlə
Hər hansı bir tədqiqat obyektində bir bütünü ifadə edir. Məs: Azərbaycandakı bütün universitet tələbələri.
Population
Avtoreqresiya
Asılı dəyişənin öz gecikmələri üzərində qurulan reqresiya. AR(p) asılı dəyişənin p gecikməsi üzərinə qurulan reqresiya modelidir.

Avtoregression-AR(p)
Avto Reqresiv Şətli Variyasiya
Şərtli dəyişən varyansın zaman sırası modelidir.
Auto Regressif Conditional Heteroskedasticity-ARCH

Asılı Dəyişən
Reqresiya və ya digər statistik modellərdə  açıqlanan dəyişəndir.
Dependent Variable
Asimptotik Paylanma
Bir təsadüfi dəyişənin, böyük həcimli seçmələr istifadə edərək əldə edilən təxmini seçmə paylanması. Nümunə olaraq. Böyük həcmli seçmələrin seçmə paylanması normal paylanmaya uyğundur.

Asiptotik Distribution
Avtokorelyasiya
Zaman sırası dəyişəni ilə bu dəyişənin gecikmiş dəyərləri arasındakı korelyasiya
Autocorrelation
Avtokovaryasiya
Zaman sırası dəyişəni ilə bu dəyişənin gecikmiş dəyərləri arasındakı kovaryasiya
Autocovariation

B
Termin
İzahat
İngilis Dilindəki Qarşılığ
Bayes Məlumat Meyarı
Qurulan bir neçə reqresiya modeli arasından ən yaxşı modeli seçməyə kömək edən meyar
Bayes Information Criterion
Bərabərzamanlı tənliklərin qeyri-obyektivliyi (qərəzliliyi)
X-dən Y-yə doğru, Y-dən də X-ə doğru bir səbəbiyyət əlaqəsinin olmasını göstərir. Bərabərzamanlı səbəbiyyət kütlə reqresiya modelində X ilə xəta terimlərinin arasında koreliyasiyanın ortaya çıxmasına səbəb olur.
Simultaneous Equation Bias
Bərabərzamanlı səbəbiyyət qərəzi
Simultaneous Causality Bias
Bernoulli Paylanması
Brenoulli təsadufi dəyişəninin ehtimal paylanması
Bernoulli Distirbution
Bernoulli Təsadufi Dəyişəni
Sadəcə 0 və ya 1 dəyəri alabilən dəyişən
Bernoulli Random Variable
Birinci Fərq
Zaman sırası dəyişəninin birinci fərqidir. Dəyişənin t anındakı dəyərindən t-1 anındakı dəyərinin fərqinə bərabərdir. Yt-Yt-1 və ya D(Yt) ilə ifadə edilir.
First Differance
Birinci Gecikmə
Zaman sırası dəyişəninin birinci gecikməsidir. Cari zaman anından bir öncəki zaman anını göstərir. Yt-1 və ya L(Yt) ilə ifadə edilir.
First Lag
Birinci Tip Xəta
Hipotez testində sıfır hipotezi doğru olduğu təqdirdə rədd edilməsindən qaynaqlanan xəta
Type I error
Böyük Ədədlər Qanunu
Bu qanuna görə örnək həcmi böyük olduğunda, örnək həcminin ədədi ortası çox böyük ehtimalla ana kütlə ortalamasına yaxınlaşır.
Law Of Large Numbers



 Ç


Termin
İzahat
İngilis dilindəki qarşılığı
Çou Testi
Zaman sırası reqresiya modellərində qırılmann bilindiyi bir tarixə görə sınanması
Chow Test
Çoxdəyişənli Xətti Regresyia Modeli
Tək dəyişənli regresiya modelinin, Y’nin k ədəd sərbəst(açıqlayıcı) dəyişənə aslılı olmasına imkan verəcək şəkildə genişlədilmiş halı
Multiple Regression Model

D
Termin
İzahat
İngilis dilindəki qarşılığı
Daxil Edilmiş Ekzogen Dəyişənlər
Xəta termini ilə korelyasiyası olmayan sərbəst dəyişənlərdir (Alət Dəyişən Reqresiya modellərində istifadə edilir).
Included Exogenous Variables
Daxil Edilmiş Endogen Dəyişənlər
Xəta termini ilə korelyasiyası olan sərbəst dəyişənlərdir (Alət Dəyişən Reqresiya modellərində istifadə edilir)
Included Endogenous Variables
Determinasiya Əmsalı
Reqresiya modelində sərbəst dəyişənlərin, asılı dəyişəni açıqlama gücünü göstərir. R2 ilə ifadə olunub [0,1] dəyərlərini alır
Cofficient of Determination
Deterministik Trend
Bir dəyişənin zaman içində, zamanın təsadüfi olmayan funksiyası olaraq göstəriləbilən uzunmüddətli hərəkətlərini ifadə edir
Deterministic Trend
Dickey-Fuller Testi
Birinci dərəcədən avtoreqresiya [AR(1)] modelində vahid kökün  varlığını yoxlamaq üçün tətbiq edilən metoddur
Dickey-Fuller Test
Dinamik Vuruq (Dinamik Multiplikator)
h-müddət dinamik vuruq zaman sırası dəyişənləri Xt dəki bir vahid dəyişmənin Yt+h üzərindəki təsiridir
Dynamic Multiplier
Dinamik Səbəbiyyət Təsiri
Bir dəyişənin, başqa bir dəyişənin cai və gələcək dəyərləri üzərindəki təsiri
Dynamic Causal Effect
Düzəldilmiş R2
Reqresiya modelinə yeni bir sərbəst dəyişən əlavə edildiyində, dəyəri artmayan R2
Adjusted R2


Ə


Termin
İzahat
İngilis dilindəki qarşılığı
Əksik müəyyənləşdirmə
Alət dəyişənlərin sayının, endogen sərbəst dəyişənlərin sayından az olması
Underidentification
Ən yaxşı xətti yayınması olmayan təxminedici (qiymətləndirici)
Y-nin müşahidə dəyərlərininxətti funksiyası olan təxmincilər arasında ən kiçik varyasiyaya sahib və yayınması olmayan təxminci. Qauss-Markov şərtləri altında, ƏKK təxmincisisətbəst dəyişənlərin dəyərlərinə görə şərli olaraq əldə edilən reqresiya əmsallarının ən yaxşı xətti yayınması olmayan təxmincisidir
Best Linear Unbiased Estimator.(BLUE)
Ən Kiçik Kvadratlar Təxmincisi
Kvadratları alınmış xəta terimlərinin cəminin minumum dəyərinin tapılması ilə əldə edilən təxminci
Least Squares Estimator

İ


Termin
İzahat
İngilis dilindəki qarşılığı
İkinci Tip Xəta
Hipotez testində sıfır hipotezinin səhv olmasına rəğmən rədd edilməməsidən(qəbuledilməsi) qaynaqlanan xəta
Type II error
İki Mərhələli ƏKK

Two Stage Least Squares
İki Dəyərli Dəyişən
0 və ya 1 dəyərini alan dəyişən.
Binary Variable
İki Dəyişənli Normal Paylanma
Normal dağılımın iki dəyişənin birgə paylanmalarını göstərən paylanma
Bivariate Normal Distribution
İki Tərəfli Alternatif Hipotez
Alternatif hipotezdə, tədqiq edilən parametrin sıfır hipotezində verilən dəyərə bərabər olmaması
Two-sides alternative hypothesis




Hiç yorum yok :

Yorum Gönder