Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında, hər birimizin sevimlisi olan Kefli İsgəndər dövrünün ziyalı gənci kimi, cəmiyyətimizdə olan nöqsanları qamçılayaraq cəmiyyətimizi işıqlı gələcəyə aparmaq istəyində idi. Ancaq onu başa düşməyənlər, onu ziyalı yox ziyanlı biri kimi qəbul edərək özlərindən təcrid edirdilər. Kefli İsgəndər obrazı qaranlıq bir cəmiyyətin "sağ uc dəyəridir".
Ekonometrik Modellərdə Xətaların Paylanması adlı yazımda, qısaca olaraq normal paylanma və
sahib olduğu üstünlüklərdən bəhs etmişdim.
Bu yazımda normal paylanmanın başqa xüsusiyyətləri və normal paylanmanı
pozan hallar haqqında nəzəri məlumatları, cəmiyyətin inkişafı ilə açıqlamağa
çalışacağam.
Normal
paylanmaya sahib ana kütlə və ya normal paylanmaya sahib hər hansı seçmə nümunədə
müşahidə dəyərlərinin 68%-i orta dəyərdən
bir standart xəta, 95%-i orta dəyərdən 2 standart xəta, 99%-i isə ortalama dəyərdən
3 standart xəta uzaqlıqda yerləşir.
Şəkil
1: Normal Paylanma
Normal
paylanma simmetrik olduğu üçün, orta dəyərdən böyük və kiçik müşahidə
saylarının faizləri eynidir. Belə demək mümkünsə, orta qiymətdən böyük və kiçik
müşahidələrin faizlə ifadəsi eyni olduğundan paylanma tarazlı və ya simmetrik
olur. Ancaq bu hal qeyri-normal paylanmaya sahib anakütlə və seçmə müşahidələrdə
mövcud deyil. Belə ki, əksər hallarda hər hansı bir seçmə müşahidədə bir və ya bir
neçə uc dəyərlərin olması normal paylanmanı pozur. Qrafikdən göründüyü kimi, uc dəyərlərin sayı
anakütlədə faiz olaraq olduqca kiçik yer tutur.
Sola və
Sağa Meyilli Paylanma
Normal
paylanmanın ən vacib xüsusiyyətlərindən biri, simmetrik paylanmasıdır. Simmetrikliyin
səbəbi isə, mərkəzi yer ölçüləri olan ədədi orta(riyazi gözləmə), medyan və mod
dəyərlərinin bir birinə bərabər olmasıdır. Mərkəzi yer ölçüləri bir-birindən fərqli
olarsa nə baş verər? Bu sualı cavablandırmaq üçün aşağıdakı şəkilə nəzər yetirək.
Şəkil
2 : Sağa və Sola Meyilli Paylanma
Sağa
meyilli paylanmada, mərkəzi yer ölçülərindən orta dəyər mod və medyandan böyük,
sola meyilli paylanmada isə, orta dəyər medyan və moddan daha kiçikdir. Hər
hansı normal paylanmaya sahib ana kütlə və ya seçmə müşahidə də normallığın
pozularaq meyilli paylanmaya keçməsinin əsas səbəbi müşahidə dəyərləri arasında
bir və ya bir neçə uc dəyərlərin olmasıdır. Uc dəyər, hər hansı bir müşahidə dəyərinin
digər müşahidə dəyərlərindən kəskin şəkildə fərqlənməsi ilə ortaya çıxır.
Statistik olaraq, normal paylanmaya sahib bir ana kütlə və ya seçmə müşahidə də
orta dəyərdən ən az 4 standart xəta qədər uzaqlıqda yerləşən müşahidə dəyər(lər)i
uc dəyər(lər) kimi ifadə edilir.
İnsan İnkişafı İndeksi
1990-cı
ildə Pakistanlı iqtisadçı Mahbub ul Haq tərəfindən tərtib edilən İnsan İnkişafı
İndeksi(İİİ), 1993-cü ildən etibarən hər il BMT-nin İnkişaf Proqramında təqdim edilir. Hesablanan bu indeks, 0-1
aralığında dəyər alır. İndeksin sıfıra yaxınlaşması İnsan İnkişafının aşağı
olduğunu, birə yaxınlaşması isə, İnsan İnkişafının yüksək olduğunu göstərir. İİİ
hesablanarkən, doğuş zamanı gözlənilən ömür uzunluğu, yetkin insanların oxuma
yazma nisbəti, məktəblərdə qeydiyyatda olan şagird nisbəti, ortalama olaraq təhsil səviyyəsi, Amerika dolları ilə ölçülən adambaşına
düşən Ümumi Milli Məhsul(GNI əmsalı) kimi amillər nəzərə alınır. Diqqət edilərsə, bütün bu amillərin kökündə təhsil
səviyyəsi dayanır. Demək olar ki, İİİ hesablanarkən təhsil səviyyəsi birbaşa və
dolayı olaraq ən böyük çəkiyə malikdir. Buradan belə qənaətə gəlmək olar ki, hər
hansı bir ölkədə təhsil səviyyəsi nə qədər güclü olsa, həmin ölkədə İİİ də bir o qədər güclü
olacaqdır. BMT-nin İnkişaf Proqramında İİİ üzrə dünya sıralamasında baxdığımız
zaman ilk sıralarda qərarlaşan ölkələr, Skandinaviya ölkələri, Qərbi Avropa ölkələri, Amerika,
Kanada, Yaponiya, Yeni Zelandiya, Avusturaliya kimi ölkələridir.
Şəkil 3: İİİ üzrə Dünya Xəritəsi
Azərbaycan hazırda 0.759
balla 78-ci sıradadır. Bu görstərici ilə, Azərbaycan qonşularından sadəcə 84-cü
sırada olan Ermənistanı qabaqlayır.
İİİ-nin hesablanasında təhsil
səviyyəsinin çox ciddi rol oynadığını və son illər istər 9 illik təhsil, istər
11 illik təhsil səviyyəsinin göstəricilərində azalmaların olması ciddi
narahatçılıq doğuran məsələlərdəndir. Bütün bunlara baxmayaraq, son illərdə
Xaricdə Təhsil Dövlət programı, bir sıra xarici təqaüd proqramları və şəxsi vəsaitləri
hesabına Avropa, Amerika və Asiyanın nüfuzlu üniversitetlərində təhsil
alanların artması sevindirici məqamlardandır. Ancaq, 2007-2015 Xaricdə Təhsil
Programı ilə xaricə göndərilənlərin təxminən 54.6%-nin, şəxsi vəsaiti
hesabına təhsil alanların isə daha böyük əksəriyyətinin vətənə qayıtma niyyətinin
olmaması da, digər məyusedici hallardandır.
Heç şübhəsiz bunun əsas səbəbləri arasında xaricdə təhsil almış gənclərə
normal mühitin yaradılmaması, müxtəlif səpkili(akademik və siyasi) təqib və təziqlərin
artmasını göstərmək olar. Səbəb nə olursa olsun, bu gənclərin ölkənin ictimai və
siyasi həyatından təcrid edilməsi ölkənin inkişafına öz mənfi təsirlərini göstərir və göstərəcəkdir. Aşağıda verəcəyim hipotetik nümünə, statistik olaraq
bu iddianı doğrulayır.
Hipotetik Nümunə
Norml paylanma əsasında riyazi
gözləməsi(ədədi ortası) 280, standart xətası 3 olan, 1000 ədəd təsadüfi dəyərə
sahib X dəyişəni yaradılmışdır. Təsadüfi dəyişənin ortalamasının və standart xətasının
müvafiq olaraq 280 və 3 seçilməsi TQDK-nın üniversitetlərə qəbul ballarının
ortalaması və standart xətasına uyğun olmsı məqsədi daşıyır. Bu dəyişənin
paylanması və təsviri statistikaları aşağıda verilmişdir.
Şəkil 4: X Dəyişəninin Təsviri
Statistikaları
Şəkil 5: X Dəyişəninin Qutu Qrafiki
Şəkil 4 və Şəkil 5-də
Normal Paylanmaya sahib X dəyişəninin təsviri statistikalarına nəzər yetirdikdə,
orta dəyəri 280 və 3 standart xətaya sahib X dəyişəninə aid dəyərlərdən sadəcə
beşi verilən aralıq xaricindədir. Bunlardan ikisi, üç standart xəta aralığından
solda, üçü isə 3 standart xəta aralığından sağda yerləşir.
Qeyd edilən ölkələrdə təhsil
almağa gedən gənclərin ballarının ölkə üzərə orta baldan çox böyük olduğunu nəzərə
alaraq, X dəyişəninin 25 ədəd dəyəri dəyişdirilmişdir. Bunlardan on ikisi orta
baldan 4 standart xəta, on üçü isə 5
standart xəta uzaqlıqda yerləşən dəyərlərlə əvəz edilmiş və yeni dəyişən Y olaraq
adlandırılmışdır. Y dəyişəninin təsviri statistikaları və qutu qrafikləri
müvafiq olaraq Şəkil 6 və Şəkil 7-də təqdim edilmişdir.
Şəkil 6: Y Dəyişəninin Təsviri
Statistikaları
Şəkil 7: Y Dəyişəninin Qutu Qrafiki
Hər
iki şəkildə verilən məlumatlara görə, 1000 müşahidənin sadəcə 25-ində çox kiçik dəyişikliklər
etməklə yeni uc dəyərlər yaradılmışdır ki, bu da paylanmanı sağa meyilləndirmişdir.
Normal Paylanmadan sağa meyilli paylanmaya keçid, özündə tədqiq edilən dəyişəndəki
inkişafın bariz göstəricisidir. Orta dəyəri 280 olan 1000 ədədlik bir seçmə
müşahidədə sadəcə 25 ədəd müşahidə dəyərinin 4 və 5 standart xəta(12 və 15 bal
artıq) sağda yerləşməsi orta balı 280.049-dan, 280,3816-ya qədər artırmışdır.
Bu artış çox kiçik bir artış kimi görünə bilər. Ancaq nəzər almaq lazımdır
ki, yeni dəyərlər orta dəyərdən sadəcə
12 və 15 bal artırılaraq hesablanmışdır. X və Y dəyərləri arasındakı fərq
satatistik baxımdan əhəmiyyətlidirmi? Bu
sualı cavablandırmaq məqsədi ilə, iki fərqli ana kütlənin orta dəyərlərinin
müqaisəsi zamanı istifadə edilən t testi hesablanmış və nəticələri aşağıda
verilmişdir.
Cədvəl 1: X və Y Dəyişənlərinin
Orta Dəyərlərinin Bərabərliyi Testi
Test for
Equality of Means Between Series
|
||||
Sample:
1 1000
|
||||
Included
observations: 1000
|
||||
Method
|
df
|
Value
|
Probability
|
|
t-test
|
1998
|
-2.096855
|
0.0361
|
|
Satterthwaite-Welch
t-test*
|
1846.644
|
-2.096855
|
0.0361
|
|
Anova
F-test
|
(1,
1998)
|
4.396802
|
0.0361
|
|
Welch
F-test*
|
(1,
1846.64)
|
4.396802
|
0.0361
|
|
Əldə edilən nəticələrə görə, X və Y dəyişənlərinin ortalamaları bir-birindən fərqlidir[1]. Yəni, Y dəyişəninin ortalaması statistik olaraq, X dəyişəninin ortalamasından əhəmiyyətli dərəcədə fərqlidir.
Naşı şəkildə statistika
ilə məşğul olanlar, özlərinə əziyyət verməmək məqsədi ilə hər hansı bir dəyişənin sahib olduğu uc dəyərləri
analizdən çıxararaq yerdə qalan müşahidə dəyərləri ilə analiz edirlər ki, bu
zaman sərbəstlik dərəcəsinin azalması və həqiqəti əks etdirməyən analizlər
edirlər. Bu nümunəyə paralel olaraq, İİİ az olan ölkələrdə adətən cəmiyyətdə
müxtəlif aspektlərdən müsbət uc dəyər olan şəxs və ya şəxsləri müxtəlif
yollarlarla cəmiyyətdən təcrid edilməsi, cəmiyyətin inkişafına ciddi şəkildə zərbə
vurur. İİİ indeksində irəli getməyimizin tək yolu, dilindən, dinindən,
cinsindən, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq ölkəmizdə sağ
uc dəyərdə olan vətəndaşlarımızı cəmiyyətdən təcrid etməmək, həmin vətəndaşlarımıza
cəmiyyətin inkişafına öz tövhələrini vermələri üçün lazimi mühiti yaratmaq
lazımdır.
[1] Bu
testdə sıfır hipotezi altında: X və Y dəyişənlərinin orta dəyərləri arasında fərq
olmadığı, alternativ hipotez altında isə, X və Y dəyişənlərinin orta dəyərlərinin
fərqli olduğu test edilmişdir. 5%-lik əhəmiyyətlilik səviyyəsinə görə, t statistikasına
aid ehtimal dəyərinin 0.05-dən kiçik olması sıfır hipotezinin rədd edilərək,
alternativ hipotezin qəbul edilməsini göstərir.