- Ekonometrika-iqtisadi nəzəriyyənin test edildiyi bir elm sahəsidir.
- Ekonometrika-bir firmanın satışları, iqtisadi artmı ya da səhmlərin qiyməti kimi bir çox iqtisadi dəyişənin gələcəkdəki dəyərini ölçmək üçün istifadə olunan "alətlər" çoxluğudur.
- Ekonomtrika-hökumət və iş dünyasına ədədi və kəmiyyətə bağlı siyasi təkliflər vermək üçün tarixi(statistik) məlumatları istifadə etmə elmi və sənətidir.
Ekonometrikanın maraqlandığı bir sıra suallar və həll metodları.
İqtisadiyyat, müəssisə və hökumət səviyyəsində veriləcək bir çox qərarların ətrafımızdakı dünyada mövcud olan dəyişənlər arasındakı əlaqələri dərk etmə səviyyəmizə bağlıdır. Bu qərarları qəbul edərkən kəmiyyətlə ifadə olunan hər hansı bir suala kəmiyyətlə ifadə olunan cavab tapmaq lazımdır.
- Sinifdəki şagird sayını azaltmaq orta təhsilin səviyyəsini yaxşılaşdırırmı? Hər bir ölkə üçün onun vətəndaşının keyfiyyətli təshsil alması ən vacib məsələlərdən biridir. Orta təhsili inkişaf etdirmək üçün verilən təkliflərdən biri də, sinifdəki şagirdlərin sayının azaldılmasıdır. Bu təkliflə çıxış edənlər, sinifdəki şagird sayı ilə müəllimin şagirdə ayıracağı diqqətin tərs mütanasib olduğunu müdafiə edirlər. Yəni sinifdə nə qədər az şagird olarsa, müəllimin şagirdlərə fərdi olaraq ayırdığı vaxt bir o qədər çox olacaq. Dolayısı ilə, şagirdlərin öyrənmə imkanı daha da artacaq. Bu vəziyyətdə diqqətdən qaçırılmaması lazım olan başqa suallar da var. Sinifdəki şagird sayının azaldılması, ələvə sinif otağı və müəllim ehtiyacı doğurur. Əgər məktəbdə əlavə sinif otağı və müəllim yoxdursa, əlavə sinif otağı və müəllim ehtiyacı qərar qəbuledicilər üçün əlavə xərc deməkdir. Bu zaman isə qərarvericilər xərc və mənfəət alalizi etmək məcburiyyətində qalacaqlar. Əgər sinifdəki şagird sayını azaltmaq şagirdlərin təhsil səviyyəsi üzərində müsbət bir təsirə malik olacaq və bu şagirdlərin gələcəkdə ölkəyə verəcəyi fayda xərclərdən çox olacaqsa o zaman sinifdəki şagird sayını azaltmaqla ortaya çıxacaq əlavə xərclər ölkə üçün ciddi sual doğurmamalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəb şagirdlərinin bilik səviyyəsini eyni anda TQDK-nın keçirdiyi imtahanlarla ölçmək mümkün olduğu üçün sadəcə iki məktəbdən nümunə vermək istərdim. Bunlardan ilki Bakı şəhəri Nərimanov rayon 47 saylı orta məktəbin,
Bakı şəhəri Nərimanov rayon 47 saylı orta məktəbin TQDK nəticələri Gədəbəy rayon Zəhmət kənd orta məktəbinin TQDK nəticələri
Mənbə: http://www.mekteb.edu.az/ - İpoteka kreditlərinin verilməsində cinsiyyət və irqi ayırıseçkilik varmı? Son zamanların ən aktual mövzularından biri də ev sahibi olmaq istəyən vətəndaşlara verilən ipoteka kreditləridir. Qanunla hər bir vətəndaş ipoteka kreditlərindən yararlana bilər. Bir şərtlə ki, ipoteka krediti almaq üçün müraciət edən vətəndaş bankların tələb etdiyi şərtləri yerinə yetirmiş olsun. Digər bütün şərtlər sabit olduğu təqdirdə, bir qadın vətəndaşın ipoteka almaq imkanı kişi vətəndaşın ipoteka krediti almaq imkanından nə dərəcədə fərqlənir? İpoteka krediti verən bir çox ölkələrdə əldə edilən nəticələrə görə ipoteka kreditlərinin verilməsində cinsiyyət və irqi ayrıseçkilik vardır. Amerika Birləşmiş Ştatlarınn Boston Mərkəz Bankının məlumatlarına görə 1990 cı illərdən bəri qaradərili vətəndaşların müraciətlərinin 28%-i rədd edilsə də, ağdərili vətəndaşların müraciətlərinin isə cəmi 9%i rədd edilmişdir. Bu nəticələrə görə Bostonda verilən ipoteka kreditlərində irqi ayrıseçkiliyin olduğunu söyləmək olarmı? Əgər irqi ayrıseçkilik varsa bu nə qədərdir? Bütün bu və bənzəri suallara "İkili Modellər"(Binary Models) vasitəsi ilə cavab tapmaq mümkündür.
- Siqaret vergiləri siqaret istehlakını nə qədər azaldır? Bütün dünyada cəmiyyətin sağlamlığını qorumaq baxımından siqaret istehlakındakı meyillər ciddi tədqiqat obyetlərindən birinə çevrilmişdir. Siqaret çəkmə səbəbi ilə xəstələnənlərin tibbi xərcləri siqaret çəkənin öz üzərinə düşsə də, siqaret tüstüsü olan yerdə nəfəs alanların xərcləri isə cəmiyyətin digər fərdlərinin üzərinə düşməkdədir. Bu xərclər siqaret çəkənlərin xaricindəki fərdlərə də əlavə xərclər gətirdiyindən siqaret çəkmənin azaldılması istiqamətində siyasi qərarların alınması bu işə hökumət müdaxiləsinin vacibliyini ortaya qoymuş olur. İstehlakı əngəlləməyin ən sadə usullarından biri də, istehlak olunan məhsullara əlavə vergilərin tətbiq edilməsidir. İqtisadi nəzəriyyəyə əsasən bir məhsulun satışına görə əlavə verginin tətbiq edilməsi o məhsulun satış qiymətlərini artırmaqla yanaşı istehlakının azalmasına səbəb olmaqdadır. Qiymətdəki dəyişməyə görə tələb həcmindəki dəyişiklik tələbin qiymət elastikliyi olaraq bilinir. Satış qiyməti 1% artdığı zaman istehlak həcmi nə qədər azalacaqdır? Siqaret qiymətlərinin aşağı olduğu ölkələrdə siqaret istehlakı yüksək, siqaret qiymətlərinin yüksək olduğu ölkələrdə isə siqaret istehlakı aşağı səviyyədədir. İqtisadi nəzəriyyə qiymətlər artacağı təqdirdə tələbin azalacağını söyləsə də, tələbin qiymət elastikliyinin ədədi ifadəsini göstərməkdə acizdir. Bu tip problemlərlə qarşılaşdığımız zaman qiymət və istehlakla əlaqəli "data"ları analiz etmək lazım gəlir. Ancaq bu tip "data"ların analizi çox mürəkkəbdir. Çünki qarşılıqlı təsir əlaqəsi mövcuddur. Bəzi ölkələrdə siyasətçilər öz seçicilərini itirməmək üçün aşağı dərəcəli vergilər tətbiq edə bilər. Qeyd edilən bu və bənzər problemlərin həlli üçün isə, "Bərabər Zamanlı Səbəbiyyət" modelləri istifadə olunmaqdadır.
- Bir sonrakı il İnflasiya dərəcəsi nə qədər olacaq? Mikro iqtisadçı və maliyyə iqtisadçıların maraqlandıqları ən vacib göstəricilərdən biri, bir il sonrakı inflyasiya dərəcəsidir. Maliyyə ekspertləri müştərilərinə borc almaq və ya borc verməklə əlaqəli məsləhət vermək üçün bir sonrakı ilin inflyasiya dərəcəsini öncədən praqnozlaşdırmalıdır. Mərkəzi bankların əsas vəzifələrində biri inflyasiya dərəcələrini nəzarət altında saxlamaqdır. Mərkəzi bankların faiz dərəcələri də inflyasiya dərəcələrinə bağlıdır. Bir il sonra inflaysiya dərəcəsinin bir faiz artacağı proqnozlaşdırılırsa, iqtisadiyyatın "hərartələnməsinin" qarşısını almaq üçün faiz dərəcələri artırıla bilər. Əgər inflyasiyanın artacağı ilə əlaqəli proqnoz doğru verilməmiş və faiz dərəcələri artırılmış isə o zaman tətbiq olunan siyasət iqtisadiyyatda durğunluq əmələ gətirəcəkdir. Bu kimi problemlərin öhdəsindən gəlmək üçün proqnozlaşdırma (forcasting) modelləri istifadə olunur.
Salam,yazınız üçün təşəkkür,Ekonometrika ile bağlı tövsiyə edə biləcəyiniz bir kitab varmı(azərbaycan dilində)?
YanıtlaSilLalə xanım hal hazırda Dimitrios Asteriou və Stephan Halın yazmış olduğu "Applied Econometrics" kitabının Azərbaycan dilinə tərcüməsi ilə məşğulam. Çox qısa zamanda bu kitabdan oxuya bilərsiz.
YanıtlaSilYadulla Həsənlinin Ekonometrikaya Giriş kitabı var. Ancaq Ekonometriyanın çox kiçik bir hissəsindən bəhs edilsə də, dəyərli kitabdı. http://ebooks.azlibnet.az/book/Tn7cj4Yf.pdf oxuya bilərsiniz. Ayrıca İqtisad Universitetində Ekonometrika adlı bir kitab nəşr edilib ki, bu kitabın ekonometriya ilə əlaqəsi yoxdur. Kitabdakı bütün mövzular Əməliyyatlar Tədqiqi mövzularıdır.
YanıtlaSilYazıya görə təşəkkürlər.Məndə doktorantura mərhələsini ekonometriya üzrə davam etdirmək istəyirəm.Amma kifayət qədər ədəbiyyat olmadığından tərəddüd edirəm.İnşallah sizin kitabınızı səbirsizliklə gözləyirik.
YanıtlaSilÇox sağ olun. Kitabın çapı ən az 5-6 ay sonra olacaq. Maraqlansanız nicatgasim@gmail.com adresinə mail yazın hazır olan hissələrini göndərim oxuyun. Nə qədər başadüşülən olduğunu zamanla öyrənəcəm.Bu Azərbaycan üçün bir başlanğıcdır. Ekonometriyanı bir kitabla öyrənmək çox çətindir. Artıq ekonometriya, Ekonometrik Nəzəriyyə, Zaman Sıraları, Panel verilənlər, Finans Ekonometriyası, Bayesian Ekonometriya, Bölgəsəl Ekonometriya(Spatial Econometrics) kimi sahələrə ayrılıb ayrı-ayrılıqda tədris olunur. Tərcümə etdiyim kitab əsas ekonmetrik anlayışlar, zaman sıraları və panel verilənlərə aid modellərdən ibarət olub 24 fəsildir. Əgər Türkiyədə təhsil almaq istəyirsinizsə, nəzərinizə çatdırım ki, Ekonometriya ixtisasında İqtisadiyyatla bağlı heç bir dərs tədris olunmur. Müxtəlif ekonometriya,statistika, əməliyyatlar tədqiqi dərsləri olur. Ancaq yetərlilik imtahanlarında Makro və Mikroiqtisadiyyat da verilməlidir.
YanıtlaSilEKONOMETRİKA fənnindən tədris deyən və ya bilən varsa mənlə ılaqə saxlasa çox yaxşı olar. 0553113291
YanıtlaSil