Müasir dövümüzdə iqtisadi
proseslər haqqında aparılan tədiqatlarda ekonometrik üsulların əvəzsiz rolu
vardır. Bunu daha yaxşı görmək üçün, son 20-30 ildə iqtisadiyyat üzrə Nobel
mükafatı alan iqtisadçıların apardığı tədqiqatlarda ekonometrik üsullardan böyük
ölçüdə istifadə etdiklərinə baxmaq kifayyətdir.
Sadə insanlarla yanaşı, bir sıra iqtisadçılar ekonometrik modelləşdirmə zamanı adətən üç termini
qarışdırırlar. Bu terminlər -təxmin, qiymətləndirmə və proqnozlaşdırmadır[1]. Bu terminlərin mahiyyətini və ekonometrik tədqiqatlarda necə istifadə edildiyinə nəzər
salaq.
Şəkil 1: Təxmin, qiymətləndirmə və proqnozlaşdırmanın
riyazi-statistik ifadələri
Təxmin: (1) ilə göstərilən hər hansı bir iqtisadi modelin bilinməyən
parametrlərinin müvafiq üsulla tapılması prosesidir.
Qiymətləndirmə: (2), (1) ilə göstərilən modelin təxmin edilmiş halıdır. Artıq (1)
modelində bilinməyən parametrlərin qiymətləri bilinir. Belə olan halda, Xit
(i=1,2,…,k) ilə göstərilən sərbəst dəyişənlərin istənilən qiymətinə görə,
asılı dəyişən olan Y-nin alacağı qiyməti (3) bərabərliyində göstərildiyi kimi hesablamaq
olar.
Proqnozlaşdırma: Y ilə göstərilən hər hansı bir asılı dəyişənin cari və keçmiş
dəyərlərinin bilinməsi şərti ilə, Y dəyişəninin gələcəkdə alacağı qiymətlərin
hesablanması prosesidir. Bu terminin riyazi-statistik
ifadəsi Şəkil 1-də verilən (4) bərabərliyidir.
Yuxarıda verilən qısa izahdan
belə bir nəticə çıxarmaq olar. Təxmin, qiymətləndirmə və proqnozlaşdıma
bir-birinin sinonimi deyil. Əksinə, təxmin, qiymətləndirmə və proqnozlaşdırma
ardıcıl bir prosesdir.
ela
YanıtlaSil