Survival Analysis: Bu analiz çarpaz kəsik (cross section) verilənlərinə əsaslanan metodlardan biridir. Analiz çarpaz kəsik verilənlərinə əsaslandığı üçün, analizdə istifadə edilən paylanmalar əsasən Üstlü(exponential), Veybul(Weibull), LogNormal, Loglogistic(LogLojistik) ehtimal paylanmalarıdır( probability distribution).
Bu analizin çox geniş tətbiq sahələri var. Tibb, iqtisadiyyat,
kriminologiya, sosiologiya, psixologiya bu sahələrdən bəziləridir.
Əvvəlcə analizin mahiyyəti haqqında: Bu analizdə əsas hər hansı
bir hadisənin təkrar meydana gəlmə ehtimalını hesablamaq və bu ehtimal üzərində
təsiri olan faktorları ortaya çıxarmaqdan ibarətdir.
Tibb sahəsindən nümunə: Bir nəfərin kəskin baş ağrısı ilə
xəstəxanaya müraciət ediyini düşünün. Lazimi müayinə və müalicədən sonra
xəstədə baş ağrılarının keçdiyini fərz edək. Xəstə bir neçə ay və ya il baş
ağrılarından şikayət etmir. Ancaq bir neçə ay və ya ildən sonra təkrar eyni
şikayyətlərlə xəstəxanaya müraciət edir. Bu halda Survival anaylsis-in tətbiq
edilmə məqsədi, xəstənin tam sağaldığı andan etibarən təkrar eyni şikayyətlə
xəstəxanaya müraciət etdiyi ana kimi olan müddət ərzində, kəskin baş ağrılarına səbəb ola biləcək
faktorlar müəyyən edilərək, kəskin baş ağrıları üzərində necə bir təsir göstərdiyi
ehtimalları hesablanır.
Tibbdən başqa bir nümunə: Xərçəng xəstəlikləri dövümüzün ən
ciddi xəstəliyi sayılır. Bu xəstəlik digər xəstəliklər kimi vaxtında müəyyən
edildiyində, lazimi müalicələrlə tamamilə aradan qaldırılır. Xəstəliyin
müalicəsi zamanı istifadə edilən dərman və üsulların əks təsirləri səbəbi ilə
xəstədə başqa bir xəstəliklərin meydana çıxması ehtimalları çox böyükdür.
Beləliklə xərcəng xəstəliklərinin müalicəsi ilə məşğul olan həkimlərin cavab
axtardığı suallardan biri də budur ki, xəstəni tam müalicə etdikdən və ya
müalicəsi mümkün olmayan hallarda xəstənin yaşama ehtimalı nə qədərdir? Cavabı
axtarılan suallardan bir digəri isə xəstənin maksimum nə qədər yaşaya biləcəyi
ilə bağlıdır.
İqtisadiyyatla bağlı nümunə: İstər inkişaf etmiş istərsə də
inkişaf etməkdə olan ölkələrin ən böyük iqtisadi problemlərindən biri
işsizlikdir. Bir çox inkişaf etmiş ölkələrdə olan Məşğulluq İdarələrində
Survival analysis geniş şəkildə istifadə edilir. Burada istifadə şəkili bundan
ibarətdir ki, işsiz olduğu ilə bağlı məşğulluq idarələrinə müraciət edən
vətəndaşlara iş tapılsa belə, bu vətəndaşlara əvvəlcədən gələcəkdə neçə faiz
ehtimalla işsizliklə qarşılaşabiləcəyi ilə bağlı məlumat verməklə yanaşı,
göndərildiyi işdə daimi çalışmasını təmin etmək üçün vətandaşlara işləri ilə
bağlı daha nələri öyrənmələri olduğu haqqında məlumat verilir. Beləliklə işsiz
olan vətandaşlar işlə təmin edilməklə bərabər, müəyyən bir müddət sonra təkrar
işsiz qalmasın deyə hansı əksikliklərini tamamlaması barədə də qabaqcadan məlumat
verilir.
İqtisadiyyatdan başqa bir nümunə: Survival Anaylsis ilə edilən
tədqiqatlara ehtiyacı olan başqa bir təşkilat isə, Həmkarlar İttifaqıdır.
Həmkarlar İttifaqlarını ən çox narahat edən məsələlərdən biri, işçilərin tətil
elan etməsidir. Hİ nümayəndələri işçilər arasında keçirdikləri müxtəlif sorğu
nəticələrinə əsasən, Survival Anaysis vasitəsi ilə işçilərin tətil etmə
ehtimallarını hesablayırlar. Əgər tətil etmə ehtimalları 40%-dən çox olarsa, bu
ehtimalın ortaya çıxmasında rol oynayan əhəmiyyətli dəyişənlər üzərində
qabaqlayıcı tədbirlər almağa başlayırlar. Beləliklə, vaxtında görülən
qabaqlayıcı tədbirlər sayəsində ölkə iqtisadiyyatına dəyə biləcək zərərlərin
qarşısı alınmış olur.
Sosiolaogiyadan nümunə: Ailə hər bir cəmiyyətin və cəmiyyət dəyərlərinin
formalaşmasında rol oynayan ən vacib qurumlardan biridir. Müxtəlif səbəblərə
görə baş vermiş boşanmalar nəticəsində hər iki tərəfin xüsusən də ailədə olan
uşaqların psixologiyasında baş verən neqatif dəyişikliklər başda ailə fərdləri
olmaqla zamanla cəmiyyət üzərində də ciddi təsilərə malik olur. Ailə Planlama
mərkəzlərində, boşanmış cütlüklərə aid toplanan məlumatlar əsasında tərəflərin
başqa bir şəxslə evlənmə ehtimalları hesablanır. Yenidən evlənmə ehtimallarının
çox az olduğu təxmin edildiyi zaman, öncəliklə tərəflərin boşanmalarına səbəb
olan ən ciddi faktorlarla bağlı qabaqlayıcı tədbirlərin görülməsinə aid social
siyasət həyata keçirilir. Əgər gənc ailələrin boşanmasında ən ciddi səbəb
olaraq maddi probləmlər və ya ev problemləri dayanırsa, gənc ailələrə maddi
yardım və ya ev almalarını təmin edəcək çox aşağı faizli kreditlər və ya
faizsiz kreditlər təklif edən siyasi programlar hazırlanır.
Pentensiar Xidmətlə bağlı nümunə: Bu analizin başqa
maraqlı tətbiq sahəsi isə, həbs olunan bir şəxsin həbsdən azad olduqdan sonra
yenidən həbsə qayıtma ehtimalını hesablamaqdır. Belə bir emprik çalışma dünyaca
məşhur Damodar Gujaratinin "Econometrics by examples" kitabının 18-ci
bölməsində var(Daha ətraflı oxumaq istəyənlər üçün kitablın linkini paylaşacam.).
Tədqiqat 1977-ci ilin iyul -1978-ci ilin iyun ayı arasında həbsxanadan azad
edilmiş 1445 məhkumlardan təkrar həbsə düşənlər haqqındadır. Tədqiqata daxil
edilən 1445 məhkumdan 552 nəfəri təkrar cinayət işləməsə də, 893 nəfəri təkrar cinayət işləyərək məhkum
olmuşdur.Tədqiqatın əsas məqsədi təkrar məhkum edilən şəxslərin yenidən
həbsxanaya qayıtdıqları zamana qədər olan müddətdə hansı faktorların
əhəmiyyətli olduğunu araşdırmaqdan ibarətdir.
Beləliklə, tədqiqata daxil edilən əsas faktorlar kimi:
irq, içki, narkotika istifadəçisi, mədəni hal, əvvəlki məhkumiyyət sayı, təhsil
səviyyəsi, həbsxanada olduğu müddətdə yol verdiyi qayda pozuntuların sayı, yaş,
yenidən həbsə qayıtmağa qədər keçən zaman nəzərə alınmışdır.
Tədqiqat nəticələrinə görə, qaradarili insanların
qaradərili olmayanlara görə yenidən həbsə düşmə ehtimalı 63%, spirtli içki
qəbul edənlərin spirtli içki içməyənlərə görə həbs olunma ehtimalı 59%,
narkotik maddə qəbul edənlərin narkotik maddə qəbul etməyənlərə görə yenidən
həbs olunma ehtimalı 37%, əvvəlki məhkumiyyətlərinin sayı yenidən həbs olunma
ehtimalını 9% artırır. Əldə edilmiş nəticələrə görə, həbs olunma ehtimalı ilə
yaş arasında hər hansı əlaqə yoxdur. Tədqiqatın digər maraqlı bir nəticəsi odur
ki, ağır cinayyət işləyənlərin həbsdən sonra yenidən həbsə qayıtma ehtimalı,
ağır cinayyət işləməyənlərə görə 45% daha azdır.
Tədqiqat nəticəsində əldə olunan məlumatlar əsasında,
irqçilik, spirtli içki və narkomaniyanın geniş yayılmasının qarşısını
alabiləcək mübarizə proqramları
hazırlanır.